İdman

ABŞ-da yaşayan azərbaycanlı idmançı dünya çempionu oldu - FOTO

1 Dekabr 2021 10:01
0 Şərh     Baxış: 1 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da yaşayan azərbaycanlı idmançı Elgün Xanoğlanlı Tunisin Hammamet şəhərində keçirilən Budo döyüş sənəti (qaydasız döyüş-red) üzrə dünya çempionatının qalibi olub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, o, 60 kq çəkidə rəqibi tunisli döyüşçü Ellouzi Sabeuri məğlub edərək Budo üzrə dünya çempionu adını qazanıb. Bununla da E.Xanoğlanlı professional rinqdə beşinci böyük qələbəsinə imza atıb.

E.Xanoğlanlı "Report"a müsahibəsində rəqibini boğucu fəndlə qısa vaxtda məğlubiyyətə uğratdığını deyib:

"Beynəlxaq yarışda 45 ölkədən yüzlərlə idmançı iştirak edirdi. Yarışda iştirak edən bütün idmançılar ən güclülər idi. Qələbəmi Azərbaycan bayrağını səmaya qaldıraraq qeyd etdim. Uzun illərdir ABŞ-da yaşasam da, yarışlara Azərbaycan təmsilçisi olaraq qatılıram.

Yarışda Azərbaycan Budo Döyüş Növləri Federasiyasının 10 idmançısı iştirak edirdi. Azərbaycan beynəlxalq yarışda 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazandı.

İdmançılarımız İbrahim Məmmədov (70 kq), Xəyal Quliyev (85 kq) və Azər Məmmədov (95 kq) yarışda qızıl medallar qazandılar. Həmçinin Azər Əhmədov (75 kq) və Xəyal Quliyev (80 kq) ikinci yerə, Elvin İsrafilov isə üçüncü yerə layiq görüldü".

E.Xanoğlanlı növbəti beynəlxalq yarışa hazırlaşdığını deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.