Təkəbbür barədə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Özünü başqalarından üstün hesab etmək - şeytanın xüsusiyyətlərindəndir. Bu rəzil xüsusiyyət bais olur ki, təkəbbür sahibi İlahi istəklərə qarşı çıxsın, insanların hüququnu tapdalasın və başqalarını xar etsin. Haqq qarşısında təkəbbür göstərmək şeytanı Həzrət Adəmə (ə) səcdə etməkdən saxlamışdı. Təkəbbürlülük onu əbədi lənətə, mələklərin hərəmindən çıxmağa və Qiyamətdə əbədi əzaba düçar edib. Təkəbbürlü insanın bu təkəbbürü istər Allaha, Peyğəmbərlərə (ə) və İmamlara (ə) olsun, istərsə də insanlara qarşı olsun - əməli şeytani əməl olar, Haqqın rəhmətindən qovulmuş olar. Quranın buyurduğu kimi, İblis ali məqamından təkəbbür etdiyi üçün ən aşağı mərtəbəyə düşmüşdür. Təkəbbürlü insan da insanlıq məqamından daha aşağı mərtəbəyə süqut edər. (Erfan)
Qurani-Məcid təkəbbürlü insanların Qiyamət günü əzaba layiq olduqlarını buyurur: "Və amma onlar ki, Allah bəndəliyindən imtina ediblər, təkəbbür və eqoistliyə düçar olublar, Haqqın ibadətinə təkəbbür göstəriblər, Allah onları ağrılı əzaba düçar edəcəkdir". "Həqiqətən, Allah təkəbbür əhlini sevməz". "Cəhənnəm qapısından daxil olun ki, orada qalıcısınız. Cəhənnəm təkəbbür əhli üçün pis yerdir".
İmam Əli (ə) buyurur: "Təkəbbür etməkdən çəkinin, ən böyük günah və ən alçaq eybdir. Təkəbbür İblisin zinətidir". Başqa bir yerdə buyurur: "Adəm övladına görə təəcüblənirəm. Əvvəli nütfə və sonu pis iyli murdardır. Əvvəli və sonu arasında nəcasət vardır. O zaman təkəbbür edər". Həzrət Peyğəmbər (s) buyurur: "Təkəbbür etməkdən çəkinin, həqiqətən bu çirkin sifət İblisi vadar etdi ki, Haqqın istəyinin əleyhinə olaraq, Adəmə səcdə etməsin".
Bu ayə və hədislərdən görmək olur ki, təkəbbür insanın dünya və axirətini necə qaraldır və bədbəxt edir. İnsan batinini heyvanın çöhrəsindən də çirkin edən mənəvi çirkinlər təkəbbürlə qurtarmır. Belə ki: cahillərə bənzəmək, nadan qalmaq, iqtisadda fəsad etmək, qürur, acizlik və tənbəllik, oğurluq, insan öldürmək, harama təqlid etmək, baqşalarına pis güman bəsləmək, Haqqa pis güman bəsləmək, vəsvəsə, alçaqlıq, fitnə yaratmaq, söz yaymaq, şirk, yersiz arzular, ğina, yersiz təəsübkeşlik, tamah, hərislik, zina, həsəd, valideynin, övladın, insanların hüququnu tapdalamaq da çirkin əməllərdir.
Ancaq bütün bu çirkin əməllərdən qurtarmağın yolu tövbədir və bir daha bu rəzil xüsusiyyətlərə qayıtmamaqdır. İnsan əgər bu xüsusiyyətlərindən xəcalət çəkib, onu tərk etməyi qərara alarsa, ilk addımı atmış deməkdir. Sonrakı addım isə onu Mehriban Allahla ünsiyyətə gətirib çıxarar. Allah çox mehriban və bağışlayandır. Əgər təkəbbür sahibi həqiqətən bu xüsusiyyətin rəzil olduğuna inanıb, onu tərk etməyi qərara alarsa, Allahın rəhmətinə ümid bəsləməli və tövbə edib, bu xüsusiyyətindən dönməlidir.
Ariflərin imamı olan İmam Əli (ə) bütün hidayət olanlara müraciət edib, buyurur ki, günah xəstəliklərinin əlacından naümid olmasınlar. Bir nəfər Peyğəmbərə (s) deyir: "İstəyirəm ki, Allah mənə rəhm etsin". Həzrət (ə) də cavabında buyurub: "Özünə və Allahın bütün məxluqlarına rəhm et. Allah da səni öz rəhmətinə şamil edər."
Allahım! Göz yaşlarımızdan başqa sərmayəmiz yoxdur, duadan başqa silahımız yoxdur. Səndən başqasına ümidimiz yoxdur. Vücudumuzu təqva, ibadət və bəndəliklə bəzə, qalan ömrümüzü də hər bir zahiri və batini günaha batmaqdan qoru. Həyatımızı və ölümümüzü, Həzrət Muhəmmədin (s) həyat və ölümü kimi qərar ver. İnşəallah!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fiziki məhdudiyyətli satıcı görün tərəzidə necə ALDADIR: 3500 cərimə olundu - VİDEO
-
Xalq artistinin oğluna yüksək vəzifə verildi
-
Zorakılığa məruz qaldığı deyilən şagird və valideynləri danışdı - VİDEO
-
Bakının mərkəzində məşhur bina sökülür? – Park salına bilər
-
Azovda həlak olan və yaralanan azərbaycanlıların sayı dəqiqləşdirilib - rəsmi
-
Kardioloqdan vacib xəbərdarlıq: Bu meyvə ürəyi qoruyur
XƏBƏR LENTİ
-
Fiziki məhdudiyyətli satıcı görün tərəzidə necə ALDADIR: 3500 cərimə olundu - VİDEO
-
Əgər yemək tavaya yapışırsa, BUNU EDİN
-
Hansı şəxslərə kolbasa-sosis OLMAZ?
-
İnsanlar 150 ilə qədər yaşaya biləcəklər
-
Xalq artistinin oğluna yüksək vəzifə verildi
-
Sergey Lavrov istefa verib? - Rəsmi açıqlama
-
Azərbaycanda klub 1 milyon manata satışa çıxarıldı
-
Taksidə anidən Bülent Ersoy peyda olarsa... - VİDEO
-
İlə 510 milyon qazandı - Rekord
-
Valideynlərin ən çox işlətdiyi və uşaqda travma yaradan 5 cümlə
-
Dua Lipanın 3 gün davam edəcək toyundan ilk FOTOlar
-
Sobadakı inadkar yağlara son
-
Lənkəranda ağır qəza - sürücü öldü FOTO
-
Aktrisanın vəzifəli nişanlısı həbs olundu
-
Faciədən döndü - Nəfəs kəsən xilasetmə əməliyyatı - VİDEO
-
Günün qoroskopu: Bu gün sizin üçün çox asan olacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb - FOTO
-
Ölümündən 24 gün sonra atası da vəfat etdi
-
Akrobatika və aerobika gimnastikası üzrə Dünya kubokunun ikinci günü - FOTO
-
“Həyatın işini bilmək olmaz, bəlkə gələn zənginə kimi çatmadım”
-
Zorakılığa məruz qaldığı deyilən şagird və valideynləri danışdı - VİDEO
-
Bitkoin ucuzlaşıb
-
“Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO
-
Millimiz dünya çempionatının yarımfinalında





