Bakının mərkəzində məşhur bina sökülür? – Park salına bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mərkəzi Bankın köhnə binasının sökülərək yerində park salınacağı ilə bağlı məlumatlar müzakirələrə səbəb olub. Əvvəllər də bu layihənin uğurlu olmadığı, binanın yerləşdiyi ərazinin isə düzgün seçilmədiyi bildirilirdi.
Bəs bu iddialar nə dərəcədə əsaslıdır?
Milli.Az xəbər verir ki, globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, paytaxtda 10-15 və ya 20 il əvvəl inşa edilmiş bəzi binaların yerləşdiyi ərazilər bu gün müasir şəhərsalma konsepsiyasının tələblərinə tam cavab vermir və yeni infrastruktur layihələrinin həyata keçirilməsində müəyyən çətinliklər yarada bilir:
"Bu baxımdan belə məsələlərin zaman-zaman gündəmə gəlməsi təbiidir. Dünya təcrübəsində də oxşar hallara rast gəlinir. Bəzən dövlət və ya özəl obyektlər sonradan həyata keçirilən şəhərsalma və infrastruktur layihələrinə maneə yaratdığı üçün onların sökülməsi və ya təyinatının dəyişdirilməsi ilə bağlı qərarlar qəbul olunur".
Ramil Osmanlının sözlərinə görə, Mərkəzi Bankın köhnə inzibati binası şəhərin mərkəzində yerləşdiyindən həmin ərazi ilə bağlı planlar aidiyyəti qurumlar tərəfindən müəyyən edilir:
"Bakı şəhərinin Baş Planı, regionların sosial-iqtisadi inkişaf proqramları və paytaxtda həyata keçirilən infrastruktur layihələri nəzərə alınmaqla gələcəkdə həmin binanın taleyi ilə bağlı müxtəlif qərarlar qəbul oluna bilər. Lakin hazırda bu binanın sökülüb-sökülməyəcəyi ilə bağlı hər hansı rəsmi məlumata malik deyiləm. Əgər belə bir məsələ gündəmdədirsə, bununla bağlı məlumatlar aidiyyəti dövlət qurumlarında, xüsusilə şəhərsalma və memarlıq sahəsinə cavabdeh qurumlarda ola bilər. Nəzəri baxımdan belə bir qərarın qəbul edilməsi mümkündür. Ancaq bunun reallaşıb-reallaşmayacağını indidən söyləmək çətindir".
Ekspert hesab edir ki, Mərkəzi Bankın köhnə binası şəhərsalma baxımından paytaxtın inkişafına ciddi maneə yaradan obyektlərdən deyil:
"Ola bilsin, layihələndirmə və ya istismar prosesində müəyyən texniki çatışmazlıqlar yaranıb. Məsələn, vaxtilə binanın pəncərələrinin açılmaması və havalandırma sisteminin səmərəliliyi ilə bağlı müxtəlif müzakirələr aparılırdı. Həmçinin bildirilirdi ki, bəzi texniki həllər nəticəsində tavan hündürlüyü müəyyən qədər azaldılıb ki, bu da otaqların funksionallığına və rahatlığına təsir göstərib. Lakin binanın xarici görünüşünün, yerləşdiyi məkanın və ya ümumilikdə şəhər infrastrukturuna təsirinin peşəkar araşdırmalar aparılmadan problem kimi qiymətləndirilməsi doğru olmazdı. Ola bilər ki, hazırda müəyyən məhdudiyyətlər mövcuddur, amma binanın tikildiyi dövrdə belə problemlər olmayıb. Buna görə də məsələyə dair yekun qərarlar yalnız aidiyyəti dövlət qurumlarının apardığı araşdırmalar, şəhərsalma sənədləri və uzunmüddətli inkişaf planları əsasında verilməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
-
Dünyada ən çox yeyilən ət bəlli oldu
-
Bakıda yeni mənzil almaq istəyənlərə pis xəbər
-
İlin son tutulması sabah baş verəcək - Azərbaycanda görünəcəkmi?
-
Mənzil hansı qiymətə qədər yaxşı investisiyadır?
-
Metronun iş rejimi dəyişəcək
XƏBƏR LENTİ
-
Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi - (Foto)
-
Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
-
“Sabah”ın ÇL-dəki bütün rəqibləri bəlli olub - Yenilənib
-
Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - Yenilənib (Foto)
-
"İki dəfə dünya gözümün önündə dayandı" - Aleksey İsayev
-
“Qarabağ”-“Tvente” matçı 15 dəqiqə gec başlayacaq - Yenilənib
-
Nepalda daşqınlarda ölənlərin sayı 350-ni keçib
-
Qalibaf: Tramp administrasiyası səhv qərarlar qəbul edir
-
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
-
Elnarə Təhməzova tələbə oldu
-
Ceyhun Bayramov Malayziyanın yeni səfirini qəbul edib (Foto)
-
Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq
-
İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib
-
Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib - (Foto)
-
Çörək paketində bu rəng varsa, əsla almayın: Bayat çıxır
-
Milli Kibertəhlükəsizlik Agentliyində yeni təyinatlar
-
Ziyafət Tağıyeva vəzifəsindən azad edildi
-
Dünyada ən çox yeyilən ət bəlli oldu
-
“Fənərbaxça” qapıçısı Dominik Livakoviçlə yollarını ayırıb
-
Rusiyada azərbaycanlı direktorun namizədliyi ləğv edildi
-
“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş... - (Foto)
-
Tramp İrana qarşı mövqeyini açıqladı - Danışıqlar dayandırılıb
-
Bakıda yeni mənzil almaq istəyənlərə pis xəbər
-
Soyqırımı törətməkdə təqsirli bilinən Ratko Mladiç vəfat edib





