Cəmiyyət

DİN-dən İsmayıllıda qadının döyülməsi ilə bağlı - Açıqlama

28 Oktyabr 2021 23:43
0 Şərh     Baxış: 1 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsmayıllıda iki azyaşlı övladı olan qadın qaynı tərəfindən döyülərək ölümlə hədələnib.

Bu barədə vəkil Rövşanə Rəhimli məlumat yayıb.

Vəkil bildirib ki, mütəmadi olaraq qaynı tərəfindən döyüldüyü iddia olunan qadın rayon polis şöbəsinə müraciət edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, bu gün 15:40 radələrində DİN-in "102" Xidməti Zəng Mərkəzinə müraciət edən İsmayıllı rayon sakini X.M qohumu İ.Mahmudov tərəfindən döyüldüyünü bildirib. Daxil olmuş müraciətlə əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qadının ərizəsi alınıb.

Məsələ ilə əlaqədar hazırda İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır və X.M-nin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib. "Araşdırmanın və təyin edilən ekspertizanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.