Kirayə ev axtaranların NƏZƏRİNƏ! - Ehtiyatlı olun, sizin də başınıza gələ bilər - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alqı-satqı saytlarında kirayə mənzil axtaran vətəndaşlar bu xəbəri oxuyun, çünki, bəzi şəxslər saytlarda hər hansı bir mənzili dəyərindən çox aşağı qiymətə elana qoyurlar.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, zəng vurduqda isə evin başqasına verilməməsi üçün bank hesabına beh və ya kirayə pulunun göndərilməsini bildirirlər. Qiymətin ucuz olduğunu görən vətəndaş isə təbii ki, evi əldən buraxmamaq üçün həmin şəxsin bank hesabına beh göndərməli olur. Sonda isə nə kirayə evə köçə, nə də ki verdiyi pulu ala bilir. Belə bir hadisə ilə Bakı şəhər sakini Hüseyn Həsənov qarşılaşıb. Hadisənin təfərrüatlarını təqdim edirik.
Elan saytlarından birindən kirayə ev tutmaq istəyirdi, ancaq aldadıldı. Özünü evin sahibi kimi təqdim edən şəxs ondan 200 manat beh alaraq yoxa çıxıb.
Belə bir hadisə ilə Bakı şəhər sakini Hüseyn Həsənov qarşılaşıb. O, deyir ki, sentyabrın 18-də elan saytlarının birində yerləşdirilən mənzili kirayə tutmaq üçün qeyd olunan mobil nömrə ilə əlaqə saxlayıb. Telefona cavab verən Abbas adlı şəxs ona bildirib ki, hazırda evdə gənc qızlar qalır və bu səbəbdən də mənzilə baxa bilməz. Ancaq, yaxın vaxtlarda mənzil tam boşaldılacaq.
Abbas adlı şəxs Hüseynin votsap nömrəsinə şəxsiyyət vəsiqəsinin fotosunu da göndərib. Bundan sonra aldadılmayacağına inanan Hüseyn Həsənov onun verdiyi bank hesabına 200 manat pulu beh şəkilində göndərib.
Maraqlı məqam ondan ibarətdir ki, həmin şəxs Hüseynin də şəxsiyyət vəsiqəsinin fotosunu onun votsap nömrəsinə göndərməsini bildirib. Zərərçəkmiş iddia edir ki, əslində göndərilən vəsiqə Abbasa aid deyil.O telefon danışığında da özünü yalandan Abbas adı ilə təqdim edib.
Bundan sonra, həmin şəxsin mobil nömrəsinə zəng çatmayıb. Qeyd edək ki, bir müddət öncə Daxili İşlər Nazirliyi alqı-satqı saytları üzərindən dələduzluq edən şəxslərlə bağlı əhaliyə müraciət etmişdi. Mütəxəssislər tövsiyə edirlər ki, belə halla qarşılan vətəndaşlar 102 Zəng-Mərkəzinə və ya ərazi üzrə polis orqanına müraciət edə bilərlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
-
Hər il on minlərlə insan bu səbəbdən ölür
-
Azərbaycanda hava dəyişdi: Yağış və güclü külək başladı - XƏBƏRDARLIQ
-
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
-
İşsiz kişilərin sayı qadınlardan daha çoxdur
-
Mingəçevir su anbarında su səviyyəsi artıb
XƏBƏR LENTİ
-
ÇL-in finalı olan şəhərdə Nərimanın forması sərgiləndi - FOTO
-
341 il sonra tarixi qərar – insanı mal hesab edən qanun ləğv olundu
-
COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi
-
"Başqa mahnı olsaydı, finala keçərdik"
-
Avropa çempionatı: Azərbaycan millisi növbəti mərhələyə adladı
-
"Karvan-Yevlax" baş məşqçisi ilə yollarını ayırdı
-
Sabahın havası onlarda narahatlıq yarada bilər
-
"Bivəfa" ilk dəfə mənə təklif edildi, istəmədim"
-
“Barselona”nın 2 həftə vaxtı qaldı
-
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
-
Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanla bağlı bəyanat qəbul edilib
-
Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var
-
Bu ölkə liderləri Ermənistanda referendum keçirilməsini dəstəkləyiblər
-
Hər il on minlərlə insan bu səbəbdən ölür
-
"Qarabağ"ın legioneri milliyə çağırıldı
-
Azərbaycanda hava dəyişdi: Yağış və güclü külək başladı - XƏBƏRDARLIQ
-
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
-
II Opera Günləri layihəsinin açılış mərasimi keçirildi Video - Foto
-
Azərbaycan QHT-ləri 48 ölkənin hökumətinə müraciət edərək "Lafarge" şirkətinin fəaliyyətinin araşdırılmasına çağırıb - FOTO
-
“Balabanın sehrində” adlı milli musiqi gecəsi keçirilib - FOTO
-
Qobustanda “Makarov” gəzdirən şəxs həbs edildi
-
Xalq Çalğı Alətləri Orkestrinin 28 May – Müstəqillik Gününə həsr olunmuş konserti olub - FOTO
-
Günəşdə güclü partlayış baş verib
-
Pezeşkian Azərbaycana dair tapşırıq verdi





