Cəmiyyət

Narinin o şəkli sənət əsəri oldu - FOTO

13 Oktyabr 2021 07:40
2 Şərh     Baxış: 2 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəqəmsal kollaj sənətçisi Uğur Gallenkuş Beynəlxalq Qızlar Günü ilə bağlı hazırladığı əsərləri təqdim edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, onun hazırladığı 9 əsər arasında ötən il Gəncəyə atılan raket nəticəsində şəhid edilən 10 aylıq Narinin də fotosu yer alıb.

Gallenkuş rəsmi instaqram hesabında paylaşdığı foto barədə məlumat verərək bildirib ki, Narin ermənilər tərəfindən ötən ilin oktyabrın 17-də atılan raket nəticəsində anası ilə birlikdə həlak olub.

Sənətçinin Narinin fotosu ilə birgə paylaşdığı digər şəkillər də müharibə qurbanları olan azyaşlı qızlarla bağlıdır.

Qeyd edək ki, türkiyəli sənətçinin İnstaqramda 1,1 milyon izləyicisi var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.