Cəmiyyət

“Koronavirusun 4,5,6,7-ci dalğaları da olacaq...” - Vasif İsmayıl

7 Oktyabr 2021 23:25
5 Şərh     Baxış: 1 611
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Havaların soyuması, immun sisteminin zəifləməsi virus və infeksion xəstəliklərin daha da yayılmasına səbəb olur. İnsanlar vəziyyətin daha da pisləşəcəyi ilə bağlı narahatdırlar. Onlar soyuq havaların virusu daha da yayacağına, yeni dalğaya səbəb olacağını düşünürlər.

Bəs yeni dalğa gözlənilirmi? Vəziyyət yenidən pisləşə bilərmi?

Milli.Az bakupost.az -a istinadən bildirir ki, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılın fikrincə, COVID-19-un dalğaları hələ davam edəcək:

"Koronavirusun 4,5,6,7-ci dalğaları da olacaq. Bunu artıq qəbul etməliyik.

Dalğaların şiddəti peyvəndlənmiş insan kütləsindən asılıdır. Əgər Azərbaycanda əhalinin 70%-i peyvəndlənmiş olarsa, dalğa başqa cür keçə bilər. Bu mənada əsas fikir peyvəndləmənin üzərinə yönəlməlidir.

Hazırda peyvəndlənmə nisbəti yaxşıdır. Yəni, ümidvericidir. Düşünürük ki, qarşıdakı dalğalar indikindən daha güclü olmayacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.