Cəmiyyət

Murad Arifdən gözlənilməz etiraf: “İçimdə bir xəcalət yaşayır“

27 Sentyabr 2021 19:54
0 Şərh     Baxış: 1 456
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif paylaşımlar edilib, şəhidlərin xatirəsi anılıb.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, tanınmış simalar da anım günü ilə bağlı paylaşımlar ediblər.

Müğənni-bəstəkar Murad Arifin bu günlə bağlı paylaşımı marağa səbəb olub. İfaçı xəcalət hissi yaşadığını bildirib:

"Bir il olar ki, Qarabağla bağlı böyük bir sükut daşıyıram ürəyimdə. İçimdə bir xəcalət yaşayır. Etmədiklərimin, etdiklərimin, bir çox məqamların xəcaləti... Yaşayırıq, deyirik, gülürük. Amma özünlə "gönüqalınlıq" oynamaq alınmır. Ruhunuz şad olsun və bir daha müharibə olmasın". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.