Cəmiyyət

Proqram təminatının satışı ilə məşğul olan qeyri-rezidentin vergi öhdəliyi nədir?

3 Yanvar 2022 23:10
0 Şərh     Baxış: 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Proqram təminatının satışı ilə məşğul olan qeyri-rezident şirkətin Azərbaycanda nümayəndəlik açıb fəaliyyət göstərdiyi halda hansı vergi öhdəlikləri yaranır?

Dövlət Vergi Xidmətindən Milli.Az-ın sualına cavab olaraq bildirilib ki, qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi tərəfindən proqram təminatı satışından əldə olunan gəliri mənfəət vergisinin məqsədləri üçün nümayəndəliyin vergi tutulan gəlirlərinə aid edilir. Daimi nümayəndəlik tərəfindən Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Eyni zamanda, daimi nümayəndəlik tərəfindən əldə edilən gəlirlərin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olduğu halda, daimi nümayəndəlik ƏDV-nin məqsədləri üçün qeydiyyata alınır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.