Cəmiyyət

Azərbaycana payız gəldi

22 Sentyabr 2021 23:27
3 Şərh     Baxış: 1 308

Bu gün Bakı vaxtı ilə saat 23:21-də Azərbaycana payız fəsli daxil olub.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Milli.Az-a verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşir.

Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 21-ə qədər davam edəcək. Dekabrın 21-i saat 19:59-da qış fəsli payızı əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətiricək (Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur).

Həmin gün ən qısa gündüz və ən uzun gecə olacaq. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.a

Milli.Az

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Payızla xoşbəxt olan · 23 Sentyabr 00:0420

    Xoş gəldin, qızıl payız, gözəl payız. Arzularımın, ümidlərimin, gözləntilərimin sevinci payız. Ömrümün, həyatımın bəzəyi payız. Zəfəri, qələbəni bizə gətirən payız. Qədəmlərin mübarək olsun. Ömrümün yarısını verməyə hazıram, təki həyatımın sonunacan payız olsun, oktyabr, noyabr mənim əhval-ruhiyyəmdi, mən ancaq bu ayları yaşayıram sanki. Bir daha XOŞ GƏLDİN, GÖZƏL PAYIZIM.

    Cavab yaz
  • Anonim
    **** · 23 Sentyabr 00:3330

    Çox gözəl.hərbir fəslin öz gözəlliyi var.göresen şərhimiz necə günə çatacaq?

    Cavab yaz
  • Anonim
    !!! · 23 Sentyabr 09:3330

    Qədəmləri xoş olsun.Xeyirli-ugurlu gəlsin inşallah.Birinci növbədə can sağlığı,bol ruzi,əmin-amanliq və xoşbəxtlık gətirsin.Amin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.