Cəmiyyət

“Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq” - Nazir

12 Sentyabr 2021 22:56
Baxış: 1 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər il müəllim vakansiyası ilə bağlı müəyyən problemlər olur. Yerlərin gizlədilməsi faktı az da olsa var".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev Real TV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, müəllimlərin bir neçə dəfə imtahan verməsi ilə bağlı dəyişiklik ola bilər:

"Bir neçə məktəbə müəllim seçmək səlahiyyəti verilə bilər. Amma vacib məsələ şəffaflıqdır. Müəllim və resurs seçimində məktəb direktorunun səlahiyyətləri olacaq. İlk növbədə bacarıqlara yönəlik yaxın 3-4 il ərzində müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq. Düşünürəm ki, imtahanların mərkəzləşdirilmiş qaydada olması hələ qalacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.