Cəmiyyət

Azərbaycan elminə ağır itki: koronavirus yenə can aldı

7 Sentyabr 2021 10:15
0 Şərh     Baxış: 3 536
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Ənvər Nəhmədovun ölüm səbəbi məlum olub.

Milli.Az xəbər verir ki, akademik bir müddət əvvəl koronavirusa yoluxubmuş.

O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Ə.Nəhmədov Bakıda dəfn olunub.

Qeyd edək ki, Ənvər Nəhmədov 24 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini qırmızı diplomla bitirib. Elə həmin il sentyabrın 1-də təyinatla AMEA-nın Fizika İnstitutunda akademik Firudin Həşimzadənin rəhbərlik etdiyi laboratoriyada əmək fəaliyyətinə başlayıb.

Ə.Nəhmədov 90-a yaxın elmi məqalə, o cümlədən "Aşağı ölçülü sistemlərdə aşqar və korrelyasiya effektləri" kitabının müəllifi olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.