Cəmiyyət

Vaksinasiya ilə bağlı növbələr yaşanır - VİDEO

28 Avqust 2021 15:07
1 Şərh     Baxış: 1 588
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətəndaşlarda vaksinasiya olunmaq istəyi artıb.

Uzun növbələr.. əksər poliklinikaların qarşısında bu mənzərələri görmək olar.

19 saylI poliklinikadan bildirdilər ki, uzun növbələri idarə etmək onlara da çətindir. Vaksinasiyaya ərazi üzrə xeyli sayda insan müarciət edir və nəticədə bu cür uzun növbələr yaranır.

Mütəxəssislər bildirir ki, Vaksinasiyanın intensivləşdirilməsi məhdud klinikalar xəstəxanalar hesabına həyata keçirilə bilməz. vaksinasiya məntəqələrinin sayının artırılmasına və bu prosesin daha geniş ərazilərdə aparılmasına ehtiyac var.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən bildirildi ki, İdman arenalarında, iri konsert komplekslərində, stadionlarda və ticarət mərkəzlərində məntəqələrin açılması operativ qərərgahın qərarından sonra baş tuta bilər.

Qeyd edək ki, "COVID-19 vaksin randevu" elektron xidmətində göstərilən vaxt aralığının müddəti 1 saatdır və vətəndaşlara həftənin bazar günü istisna olmaqla hər gün saat 09:00-dan 19:00-a qədər xidmət göstərilir. Peyvənd məntəqələrində vaksin otaqlarının sayından asılı olaraq hər saat aralığı üzrə limitlər təyin olunub. Məsələn, bir peyvənd məntəqəsində həmin saat aralığında 10 nəfər qəbul olunursa, digər peyvənd məntəqəsində həmin saat aralığında 20 nəfər qəbul olunur. Limitlər peyvənd məntəqələrinə görə fərqlidir və mütəmadi olaraq dəyişə bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.