Cəmiyyət

Azərbaycanda vaksin istehsalı - VİDEO

26 Avqust 2021 12:52
0 Şərh     Baxış: 864
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda vaksin istehsalı ilə bağlı TƏBİB-İN Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev açıqlama verib.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, o qeyd edib ki - "Verilmiş informasiyada uzun illərdən sonra ölkəmizdə vaksin yaradılması, COVID-19 daxil olmaqla infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimyaterapiyası üçün hüceyrə kulturasının tədqiqatlarına start verildiyi qeyd olunub. İnformasiyadan göründüyü kimi, Azərbaycanda bu istiqamətdə yuxarıda adları çəkilən tədqiqatlara başlanılması üçün insan vücudundan kənarda COVID-19 viruslarının çoxalmasını təmin edən hüceyrələr daxil olmaqla, müxtəlif hüceyrə xətlərinin insan vücudundan kənarda çoxalmasına imkan saxlayan incə hüceyrə kulturası texnologiyası təşkil edir.

Adil Allahverdiyev onu da vurğulayıb ki,İşin başlanğıc mərhələsi olmadan tibbi biotexnologiyanın bu sahəsində heç bir tədqiqatın aparılması mümkün deyildir. Uzun illərdən sonra ölkəmizdə bu sahədə tədqiqatlara start verilməsi ölkəmizdə tibbi biotexnologiya sahəsində tədqiqatlara başlanmasına və strateji baxımdan bu istiqamətdə aparılacaq çalışmalara gələcəyə dair böyük ümidlər verir. Azərbaycanda bu sahəyə start verilməsi tibbi biotexnologiya sahəsində mövcud olan boşluğun ortadan qaldırılmasına və səhiyyə sahəsində ölkəmizin milli təhlükəsizliyinin təmin edilməsinə imkanlar yaradacaq".

Adil Allahverdiyev əlavə edib ki, qeyd olunan informasiya hazırda peyvəndlərin yaranması üçün ilkin fəaliyyətə başlanıldığı və peyvənd yaradılmasının gələcəkdə həyata keçiləcək layihə olacağını özündə ehtiva edir.

Qeyd edək ki,ötən həftə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı Azərbaycanda ilk dəfə vaksin yaradılmasına başlanıldığını açıqlayıb. O qeyd edib ki, uzun illərdən sonra ilk dəfə ölkəmizdə COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimyaterapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.