Cəmiyyət

Qərb bölgəsində yağıntılı hava şəraiti fəsadlar törədib

24 Avqust 2021 21:59
0 Şərh     Baxış: 1 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb bölgəsində yağıntılı hava şəraiti fəsadlar yaradıb, bəzi yerlərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, saat 18 radələrindən başlayaraq, Qərb bölgəsinin dağlıq rayonlarında leysan yağış və güclü ildırım müşahidə olunur. Bu saatlarda isə Gəncə şəhəri və yaxın rayonlarda da küləklə müşahidə olunan leysan yağış yağmağa və ildırım çıxmağa başlayıb.

Kəskin hava şəraiti səbəbindən Daşkəsən rayonunun və Gəncə şəhərinin bəzi yerlərində elektrik enerjisinin verilməsi dayandırılıb. Gəncə-Daşkəsən avtomobil yolunda nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.

Hazırda bölgədə analoji hava şəraiti davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.