Cəmiyyət

Məktəblərdə vakansiyalar: müsahibə mərhələsinin vaxtı açıqlandı

9 Avqust 2021 13:01
0 Şərh     Baxış: 816
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin III (şifahi müsahibə) mərhələsinin vaxtı açıqlanıb.

Belə ki, şifahi müsahibələrin 16-25 avqust 2021-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur.

Şifahi müsahibənin keçirilmə vaxtı və yeri, həmçinin müsahibədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı barədə məlumatlar namizədlərin "Şəxsi kabinet"inə göndərilib.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 192 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.