Cəmiyyət

Yasamal parkındakı atraksionlar uşaqların həyatı üçün təhlükəlidir - VİDEO

9 Avqust 2021 12:25
1 Şərh     Baxış: 1 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yasamal parkında bəzi atraksionlar baxımsız vəziyyətdədir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, uşaqlar üçün nəzərdə tutulan yelləncəklər və sürüşkənlər yararsız hala düşüb.

Bu isə parkda hər hansı bir xoşagəlməz hadisənin yaşana biləcəyinə işarədir.

Parka gələnlərin sözlərinə görə, uzun müddətdir ki, atraksionlar bu haldadır. Maraqlısı budur ki, parkdakı ödənişli atraksionların durumu nisbətən yaxşı olsa da, ödənişsiz atraksionlara baxılmır.

Qeyd edək ki, park Yasamal rayonunun Akim Abbasov və Zahid Xəlilov küçələrinin kəsişməsində yerləşir. 2014-cü ildə  istifadəyə verilmiş park "Azərsu" ASC-nin sifarişi ilə Bakı Abadlıq Xidməti tərəfindən salınıb. Mövcud vəziyyətlə bağlı xidmətdən "Xəzər Xəbər"ə bildirildi ki, park artıq onların balansında deyil. Məsələyə "Azərsu" ASC-dən isə münasibət bildirmədilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.