Cəmiyyət

Şəmkirdə mavi yanacaq problemi yaşanır - VİDEO

9 Avqust 2021 11:58
0 Şərh     Baxış: 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkirin Aşağı Seyfəli kəndində mavi yanacaq problemi yaşanır.

Kəndin bir neçə küçəsində məskunlaşan sakinlər evlərini mavi yanacaqla təmin edə bilmirlər.

Aşağı Seyfəli kəndinin sakinləri illərdir qazın yerini ibtidai vasitələrlə doldurmağa çalışırlar.

Kənd sakinləri həm Rayon İcra Hakimiyyətinin, həm də yerli qaz istismar idarəsinin yolunu su yoluna döndərib, ancaq hələ də istəklərinə nail ola bilməyiblər. Baxmayaraq ki, ərazidən keçən magistral qaz xətləri onların bir addımlığındadır.

Milli.Az xəbər verir ki, Şəmkir Regional Qaz İstismar İdarəsindən "Xəzər Xəbər"ə bildirblər ki, sözügedən məsələ haqqında məlumatlıdırlar. İdarənin rəisi Zaur Məmmədovun sözlərinə görə, kəndlərin qazlaşması mövcud plan əsasında aparılır və həmin ərazinin də bu ilin sonuna qədər mavi yanacaqla təmin edilməsi nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.