Cəmiyyət

İmtahan verən müəllimlər üçün vakansiya seçimi sabah başa çatır

5 Avqust 2021 11:16
0 Şərh     Baxış: 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi prosesi davam edir.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, qeyd olunan fənlər üzrə namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Vakansiya seçimi prosesi 6 avqust saat 10:59-dək davam edəcək.

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə bu il ilk dəfə olaraq "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı verilib. Həmin namizədlər şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.