Cəmiyyət

Göyçayda 17 yaşlı oğlan su kanalında batıb

20 İyul 2021 21:21
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay rayonunda yeniyetmə oğlan faciəli şəkildə ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Ləkçıplaq kəndi ərazisində qeydə alınıb.

Yalman kənd sakini, 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlu dostları ilə birgə Yuxarı Şirvan kanalında çimərkən suda boğulub. 

Rüfət Seyfəddin oğlunun axtarışları başa çatıb.

Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.

Məlumata görə, R.Salmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.