Cəmiyyət

Qubadlıda silah-sursat aşkar edilib - FOTO

16 İyul 2021 18:42
0 Şərh     Baxış: 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu gün keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 14 ədəd müxtəlif növ qumbara və alışqanları, 41 ədəd qumbaraatan mərmisi, 1 ədəd avtomat, 3 ədəd avtomat darağı və 4313 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.