Cəmiyyət

Xəzər sahilindəki qanunsuz tikililər

15 İyul 2021 10:19
0 Şərh     Baxış: 1 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son beş ildə Xəzər dənizi sahilində 127 qanunsuz tikili müəyyən edilib.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 yanvar tarixli Fərmanının 3.2-ci bəndi ilə müəyyən edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyətinin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlər mütəmadi olaraq davam etdirilir.

Məlumata görə, ötən dövr ərzində Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik mühafizə zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyəti araşdırılıb, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2.1-ci bəndinin tələbləri pozulmaqla faktiki istifadə halları ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsində (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma - red.) nəzərdə tutulmuş əməllərin əlamətləri aşkar edilib, 127 hal üzrə tərtib olunmuş sənədlər tədbir görülməsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.