Cəmiyyət

Bakıda avtomobil üç piyadanı vurdu

15 İyul 2021 08:53
0 Şərh     Baxış: 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Lökbatan qəsəbəsində 1972-ci il təvəllüdlü Ağamaliyeva Xatirə Bulud qızı, 1960-cı il təvəllüdlü Rzayeva Məhəbbət Salman qızı və 1968-ci il təvəllüdlü Şahverdiyeva Məlahət Mətləb qızını avtomobil vurub.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

X.Ağamaliyevaya çanağın əziyi, M.Rzayevaya döş qəfəsinin əziyi və M.Şahverdiyevaya isə başın təpə nahiyyəsinin əziyi diaqnozları qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.