Cəmiyyət

Şəhid övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”ndə təlimlər keçirilib - FOTO

13 İyul 2021 14:58
0 Şərh     Baxış: 751
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Düşərgənin 8-ci günü Qaliblər həm öyrənib, həm də əyləniblər. Aktiv idman yarışları - futbol və karate ilə başladıqları proqramı təlimlərlə davam etdiriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Zəhra Həşimova tərəfindən "Mən özümü necə inkişaf etdirməliyəm: Kitabları tez və düzgün oxumaq qaydaları", Anar Abdulovun təqdimatında isə "Mənim arzularım: Öz gələcəyimi necə qurmalıyam" mövzularını dinləyiblər. Rəsm dərslərində isə uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər.

Daha sonra günün qonağı ilə görüş təşkil olunub. Tanınmış jurnalist və səyyah Azər Qərib səyahət etdiyi ölkələrin adət-ənənələri və fərqli xüsusiyyətlərindən söhbət açıb. İştirakçıları maraqlandıran sualları cavablandırıb.

Sonda uşaq kollektivlərinin iştirakı ilə konsert proqramı təşkil olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.