Cəmiyyət

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər ev alıb? - FOTO

12 İyul 2021 17:54
0 Şərh     Baxış: 695
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-ci ilin iyun ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 164 daşınmaz əmlak alışı həyata keçirib.

Milli.Az bildirir ki, ötən ay ərzində Türkiyədə ən çox əmlak alışı həyata keçirən ölkələr sırasında Azərbaycan yeddinci sırada qərarlaşıb.

İyun ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən alışı həyata keçirilən daşınmaz əmlakların sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 94 ədəd və ya 2,3 dəfə çoxdur. Əvvəlki ayla (2021-ci il may) müqayisədə isə 117 ədəd və ya 3,5 dəfə çoxdur.

2021-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 1 186 daşınmaz əmlak alıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 30,6 faiz azdır.

Qeyd edək ki, 2021-ci ilin iyun ayında xarici vətəndaşlar tərəfindən ümumi 4 876 daşınmaz əmlakın alışı həyata keçirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.