Cəmiyyət

Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti 20 faizə qədər bahalaşıb

10 İyul 2021 11:54
0 Şərh     Baxış: 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti bahalaşıb.

"MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Milli.Az-a deyib ki, iyun ayı ərzində fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti ötən aya nisbətən 11.5 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 14.17 faiz bahalaşıb.

Ekspert bildirib ki, kirayə qiymətləri evlərin ümumi qiymətinə görə fərqlənib. Belə ki, bahalı fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti ay ərzində 3.16 faiz, il ərzində isə 2.8 faiz ucuzlaşıb.

Lakin orta qiymətə olan fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti ay ərzində 4.51 faiz, ötən illə müqayisədə isə 20.31 faiz bahalaşıb.

Ucuz evlərin qiymətində artım ay ərzində 2.24 faiz, il ərzində isə 9.17 faiz olub.

N.İbrahimov bildirib ki, bahalaşma mövsümi xarakter daşıyır:

"Yayla əlaqədar fərdi yaşayış və bağ evlərinə tələbat artdığı üçün qiymətlərdə bahalaşma müşahidə olunur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.