Cəmiyyət

Şəhid Sərxan Hacıyevin məzarı ziyarət olunub - VİDEO

10 İyul 2021 15:52
0 Şərh     Baxış: 1 162
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

44 günlük Vətən müharibəsində şəhid və qazilərimizin qanları ilə bənzəri olmayan Zəfər salnaməsi yazdıq. O salnamə ki, bundan sonra min illər boyu qürurla vərəqlənəcək, fəxrlə anılacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Qobustan rayonu da Vətən müharibəsində şəhidlər verib. Belə şəhidlərdən biri də Sərxan Hacıyevdir.

O, Füzuli rayonu uğrunda gedən döyüşlərdə mənfur düşmənin atdığı top atəşi nəticəsində oktyabr ayının 6-da kürəyindən qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb.

Sərxan Qobustan rayon qəbiristanlığında dəfn olunub. Şəhidin ötən gün doğum günündə məzarı ziyarət olunub. Ruhuna dualar oxunub.

Sərxan Hacıyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.