Cəmiyyət

Azərbaycanda soyadı "ov" və "yev" sonluqları ilə bitən şəxslərin nəzərinə - VİDEO

8 İyul 2021 10:00
3 Şərh     Baxış: 12 881
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan vətəndaşlarının bir çoxu hələ də "ov" və "yev" soyad sonluqlarından istifadə edir. İstər soyad sonluğunun, istərsə də soyadın dəyişdirilməsi qanunvericiliklə tənzimlənir. Ancaq bu iki proses bir qədər fərqli icra olunur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, soyad sonluğunu dəyişmək istəyən şəxs qeydiyyatda olduğu yerdəki "ASAN xidmət" mərkəzinə yaxınlaşmaqla bu məsələni həll edə bilər.

Soyad sonluğunu dəyişdirmək istəyənlər cəmi 10 manat dövlət rüsumu ödəməklə problemi həll edə bilərlər. O ki qaldı soyadların dəyişdirilməsinə, bu, bir qədər uzun prosesdir...

Vətəndaşlar arasında soyad sonluğunun və ya soyadın dəyişdirilməsi məsələsinə münasibət birmənalı deyil.

Qeyd edək ki, 1 saylı "ASAN xidmət" mərkəzində 2020-ci il üzrə 114 nəfər , 2021-ci ilin əvvəlindən bu günə qədər isə 48 nəfər ad və soyad üzərində dəyişmə əməliyyatını rəsmiləşdirib.

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.