Bu gün Azərbaycan Yazıçılar Birliyinin iclası keçirilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda kadr məsələlərinə baxılıb: "Gənclər üzrə katib vəzifəsini icra edən Rəşad Məcid AYB-nin sədr müavini təyin edilib. Elçin Hüseynbəyli və Səlim Babullaoğlu isə AYB katibləri seçiliblər.
R. Məcid eyni zamanda gənclər üzrə katib vəzifəsini də icra edəcək.
Qeyd edək ki, AYB-nin sədri Xalq yazıçısı Anardır.
Milli.Az