Rəşad Məcidə yeni vəzifə verildi

1 İyul 2021 16:04

Bu gün Azərbaycan Yazıçılar Birliyinin iclası keçirilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda kadr məsələlərinə baxılıb: "Gənclər üzrə katib vəzifəsini icra edən Rəşad Məcid AYB-nin sədr müavini təyin edilib. Elçin Hüseynbəyli və Səlim Babullaoğlu isə AYB katibləri seçiliblər.

R. Məcid eyni zamanda gənclər üzrə katib vəzifəsini də icra edəcək.

Qeyd edək ki, AYB-nin sədri Xalq yazıçısı Anardır.

Milli.Az