Cəmiyyət

Bu gündən Azərbaycanda yeni qadağa qüvvəyə minir - Ətraflı - VİDEO

1 İyul 2021 11:04
0 Şərh     Baxış: 2 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alternativ məhsul istehsalçılarının sayı artmaqdadır

Milli.Az Real TV-ə istinadən bildirir ki, bu gündən etibarən birdəfəlik plastik qabların idxalı, istehsalı, satışı qadağan edilir. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində iri marketlər şəbəkəsinin nümayəndələri ilə görüş keçirildi. Görüşdə plastik çəngəl, qaşıq, boşqab, qarışdırıcı çubuq və stəkanların qadağan edilməsi, birdəfəlik plastikləri əvəz edən alternativlərdən istifadənin genişləndirilməsilə bağlı mövcud vəziyyət müzakirə edildi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sektor müdürü Mehman Nəbiyev, birdəfəlik plastik qabların tədricən azaldılmasını və yerini alternativlərə verməsinin faydalılığını vurğulayıb

Sektor müavini Həmçinin bildirdi ki, ölkəmizdə bir neçə ildir bu məsələ ilə bağlı sahibkarlar tərəfindən işlər görülür və birdəfəlik plastik qabları əvəz edən alternativ məhsul istehsalçılarının sayı artmaqdadır. Görüş zamanı marketlər şəbəkəsinin əməkdaşları ətraf mühitin mühafizəsində, əhalinin sağlamlığının qorunmasında maraqlı olduqlarını, bu istiqamətdə həyata keçirilən tədbirlərə geniş dəstək verdiklərini qeyd ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.