Cəmiyyət

İnsanlar dağlıq və meşəlik ərazilərə axın edir - VİDEO

28 İyun 2021 10:36
1 Şərh     Baxış: 1 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın dağlıq ərazilərinə səfər edənlərin sayı çoxalıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, həm havalar isti keçdiyindən, həm də karantin rejimi çərçivəsində müəyyən yumşaldılmalar tətbiq edildiyindən sərinləmək üçün dağlıq ərazilərə üz tutatnların sayı artıb.

Təbii bulaqlar, sıx meşələr insanların rahat istirahəti üçün əvəzolunmaz məkana çevrilib.

İnsanların istirahət məkanı kimi seçdiyi ərazilərdən biri də Tovuzun Əsrik dərəsidir. İnsanlar xüsusən həftəsonları bura üz tutaraq dincəlirlər.

Əraziyə gələn turistlərə təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı müəyyən tapşırıqlar verilir. Çünki isti havalarda adi bir məsuliyyətsizlik yanğına səbəb ola bilər.

İstirahət məkanlarında insanların əməl etməli olduğu qaydalarla bağlı lövhələr də yerləşdirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.