Cəmiyyət

Balakəndə yol qəzasında yeniyetmə ağır xəsarət alıb

21 İyun 2021 22:15
Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakəndə yol qəzasında 16 yaşlı yeniyetmə ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonu Qabaqçöl qəsəbəsinin inzibati ərazisində baş verib.

Rayonun Talalar kənd sakini, Zəfər Məmmədovun idarə etdiyi "Qaz 3110" markalı minik avtomobili ilə rayonun Qabaqçöl qəsəbəsinin Qaysa kənd sakini, 16 yaşlı Yaşaq Adil oğlu Çerçiyevin idarə etdiyi qoşqulu motosklet toqquşub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Y.Çerçiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.