Cəmiyyət

Şəhid ailəsi və qazinin evinə qaz verildi - VİDEO

21 İyun 2021 19:02
Baxış: 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azəriqaz" İstehsalat Birliyinə sosial şəbəkə üzərindən daxil olan müraciətlər sırasında şəhid və qazi ailələrinin müraciətləri təmin edilib.

Qurumdan verilən məlumata görə, 1-ci Qarabağ müharibəsi veteranı, 2-ci qrup Qarabağ əlili Bəxtiyar Nəsibov "Azəriqaz" İB-yə müraciət edərək Şəmkir rayonunun Keçili kəndində yaşadığı fərdi yaşayış evində təbii qazın olmadığını bildirib. Qısa bir müddətdə qazinin müraciəti təmin edilib, fərdi yaşayış evinə diametri 32 mm, uzunluğu 180 metr olan qaz xətti çəkilib.

Şəmkir rayonundan olan şəhid Zaur Abbasovun atası Hacı Abbasov da Birliyə müraciət edərək fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Dərhal rəhbərliyin tapşırığı ilə fərdi yaşayış evinə qaz xətti çəkilib və sayğac quraşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.