Cəmiyyət

Bakıxanovda yerləşən parkda insanların həyatı üçün təhlükə var - VİDEO

16 İyun 2021 11:49
Baxış: 1 789
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən parkda insanların həyatı üçün təhlükəli vəziyyət yaranıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sakinlər hər gün gəldikləri parkın şəraitindən narazıdırlar.

Onlar bildirirlər ki, dəfələrlə parkın taxtası çıxmış oturacaqları, qəzalı əyləncə vasitələri və sınmış zibil qabları ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər. Lakin heç nə dəyişməyib.

Parkdakı təhlükəli vəziyyət yalnız əyləncə vasitələri ilə bağlı deyil. Ərazidən keçən elektrik naqilinin yaydığı cərəyanı uşaqlar dəfələrlə atraksionda hiss ediblər.

Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, yaxın vaxtlarda parkda yenilənmə işləri görüləcək və bu zaman mövcud çatışmazlıqlar aradan qaldırılacaq. Parkın ərazisindən keçən elektrik naqili ilə bağlı isə "Azərişıq"dan "Xəzər Xəbər"ə bildirilib ki, problem araşdırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.