YAP Xəzər rayon təşkilatı videoformatda tədbir keçirib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı 15 iyun-Milli Qurtuluş Günü ilə əlaqədar videoformatda tədbir keçirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, 15 iyun müstəqil dövlətimizin ən önəmli tarixlərindən biridir. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkəmiz ağır bir sınaqdan üzüağ çıxmağı bacardı. Azərbaycanda daxili siyasi sabitlik bərpa olundu, dövlətimiz inkişaf mərhələsinə qədəm qoydu.
Daha sonra çıxış edən Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirib ki, müasir Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmaqla ölkəmizin suverenliyini, müstəqilliyini xilas etdi. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın müstəqil inkişaf yolu məhz 1993-cü ilin 15 iyunundan başlayır.
Daha sonra çıxış edən Milli Məclisin deputatları Rauf Əliyev və Soltan Məmmədov bildirdilər ki, 15 iyun Azərbaycanın tərəqqisinin başlanğıcı idi. 1993-cü ilin birinci yarısında həm dövlətçiliyimiz, həm xalqımız, həm cəmiyyətimiz, həm də milli-mənəvi dəyərlərimiz uçurumun kənarında idi, siyasi-iqtisadi tənəzzülün bir addımlığında dayanmışdıq. Milli Qurtuluş Günü xalqımız bütün şər qüvvələrə birdəfəlik "yox" dedi. Bu tarix, Ulu öndər Heydər Əliyevlə xalqın bütövləşdiyi gündür. Böyük qayıdış milli istiqlaliyyətimizi və azadlığımızı özümüzə qaytardı, inkişaf yoluna qədəm qoyuldu. Bu gün həmin inkişaf Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib və dövlətimiz günü-gündən güclənir, qüdrətlənir.
Daha sonra çıxış edən 183 nömrəli tam orta məktəbin direktoru Rəhilə Abbasova da Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən və ölkəmizin əldə etdiyi inkişafdan danışıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Hava kəskin dəyişir - Proqnoz verildi
-
Bakıda bəzi küçələrdə hərəkət qadağan edilir - Oktyabrın 5-dən
-
Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
XƏBƏR LENTİ
-
Hava kəskin dəyişir - Proqnoz verildi
-
Bakıda bəzi küçələrdə hərəkət qadağan edilir - Oktyabrın 5-dən
-
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN
-
Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət
-
“Qəbələ”nin məşqçilər korpusunda iki yenilik
-
Piter Magyarın toxunulmazlığı ləğv edildi
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Azad edilmiş ərazilərdə 1673 mina və sursat zərərsizləşdirildi
-
Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
-
ABŞ gəmisi vuruldu - 8 hərbçi yaralandı
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi
-
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - (Video)
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
-
Vətən müharibəsi qazisi, tanınmış aşpaz vəfat etdi
-
Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - (Foto)
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
-
İstanbul su altında qaldı - (Video)





