Cəmiyyət

Mirşahin hüquq-mühafizə orqanlarını suçladı: bu mənəvi terroru kim dayandıracaq?

14 İyun 2021 10:36
Baxış: 3 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mir Şahin sosial şəbəkələrdə ermənilərlə milli satqın azərbaycanlıların "əl-ələ verib birgə yaşadığı"nı bildirib.

Milli.Az Mir Şahinin bununla bağlı yaydığı süjetin mətnini təqdim edir.

Jurnalist əvəlcə 92--93-cü illərdə yaşanan xaosu unutmamağa çağırıb.

"Biz o Azərbaycanı unutmamalıyıq. Heç vaxt unutmamalıyıq. Bir də o Azərbaycana qayıtmamaq, dönməmək, çevrilməmək üçün. Bu gün regional derjava standartlarına malik olan ölkəmizi yenidən o bədbəxt, dağınıq, parakəndə, pinti, cır-cındır içində görmək istəyən qaragüruh artıq çoxdan siyasi müxalifət məzmunundan uzaqlaşıb. Bu artıq mütəşəkkil cinayətkar dəstə tipidir. Və mən o zaman gördüyüm qanun pozuntularının bugünkü tör-töküntülərinə də sərt ölçü tələb edirəm. Məsələn, icazənizlə Baş Prokurorluğun bu açıqlamasnı zəif və liberal hesab edim. Necə ki, bu illərdə özlərinə televiziya deyən Meydan-ın, əməkdaşları, yəni Nektanın Azərbaycandakı partnyorları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin divarlarına qanunu aşağılayan plakatlar yapışdıranda binanın içindəkilər bu biabırçılığa anlaşılmaz bir səbrlə yanaşmışdılar və hətta səhv etmirəmsə onların tələbini yerinə də yetirmişdilər. Bunu deməkdə məsədim var: Yəni bir media əməkdaşı kimi mən də narazı ola bilərəm və özü də çooooox narazı ola bilərəm. Beləliklə, Baş Prokurorluqdan hansı açıqlamaya görə narazı oluram?! Buyurun: "Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə istintaq edilmiş cinayət işi üzrə həm əvvəl, həm də bu gün keçirilmiş məhkəmə iclası zamanı dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəzanın şərti tətbiq edilməsi xahiş edilmişdir." Məqsəd təbii ki, cəza növünün ŞƏRTİ olduğunu vurğulamaqdır. Amma niyə? Nə münasibətlə? Qaragüruhdan qopan idarəolunmaz bir neçə qrup gecənin lap dərinliyində, azğınlaşaraq milli məclisin binasına daxil olur, vurur, qırır, dağıdır, söyür, təhqir edir. Sosial şəbəkələrdəki plebey çirtqozlarının təhriki ilə təşkilatlanır, daha ciddi etiraz-müqavimət aksiyalarının təlim-məşq yürüşü kimi dövlətin güc strukturlarını dişinə vurmaqla yəqin ki, başqa bir qaranlıq gələcəyə, bəlkə daha qatı qaranlıq, zülmət gecəyə hazırlaşır... Və azğınlar, pozucular hadisə başında yaxalanır. Bir müddət keçir, dövlətin hirsi soyuyur, rəhm damarı oyanır... Və buyurun şərti cəza! Əcəbdi! Başa düşürəm ki, Prezident cəzanın humanistləşdirilməsi barədə imzaladığı sənədlə ölkədə tərbiyəli bir mühit yaradılmasını, barış ovqatı formalaşdırmağı nəzərdə tutur, ümid edir. Amma cəzanın həm də bir tərbiyəvi mənası da var və humanistləşdirməni heç də ucdan-tutma bağışlama kimi başa düşmək olmaz. Mən də jurnalistəm. Mənim də söz haqqım var və mən hesab edirəm ki, Azərbaycanın Dövlət strukturlarına əl qaldıran hər bir kəs öz sərt cəzasını almalıdır. 1992-ci ilin may ayında Parlamenti ələ keçirən qrup bir saat sonra AzTv-də xalqa müraciət etmişdi. Müraciətin də məzmunu bilirsiz nə idi?! Hakimiyyət dəyişib! İnqilab baş verib və s. 

İndi təsəvvür edək ki, o gün Azərbaycan Polisi parlament binasını qaragüruh tör-töküntüsündən, internet tv-lərin ustalıqla yönləndirməsi ilə dövlətin bu mühüm stratejini ələ keçirən qoluzorluların kirli ayaqlarından təmizləməsəydi və kiminsə ağlına qonşudakı binaya, AzTv-yə soxulma təklifi səslənsəydi nə baş verərdi?! Bax buna görə də qanunun sərt üzünü, sərt qolunu, etibarlı qandalını göstərməyə həya etmək olmaz! Bu hadisələr yeni oxşarlarını doğurur. Cinayətlərin çəkisi artır. Məsuliyyətsizliklərin miqyası genişlənir. Fəaliyyətim boyu ən xoşlamadığım hərəkət öz həmkarlarımın işini təftiş və təhlil etməkdir. Xüsusilə də bu təftişin predmetində tənqid, sərt iradlar olanda. Mediada aparılan islahatların xarakterini dürüst anlamayan və dövlətin yanaşmasını səhv başa düşənlər çoxalmaqdadır. Sosial medianın fəaliyyətini tənzimləyən Baş Sənəd olmadığından internet resurslarını antiazərbaycan tribunasına çevirənlərin sırası genişlənməkdədir. Əsaslandırılmamış, faktlarla təsdiqini tapmamış materiallar sosial şəbəkələrdə ayağa dolaşır. Əlinə efir imkanı düşən istənilən mətbuat tapdığı və ya tapdıqçası dövlətə meydan oxuyur. Dövlət təsisatlarını nüfuzdan salmağa hesablanan addımlar atır. Hüquq-mühafizə orqanları öyrətmək kimi çıxmasın, daha sayıq olmalıdır. Xarici ölkələrdəki fərarilərlə aydındır. Tutaq ki, onları qanun qarşısında cavab verməyə vadar etmək mümkün deyil, hələ ki mümkün deyil, amma daxildəkilər də çərənlədikləri ilə köpəklərlə morze əlifbası tərtib etmir axı. Onların dedikləri də, ittihamları da, təhqirləri də aydındır! Onların məsuliyyətə cəlb olunmasına nə mane olur? Qurban Məmmədov kimi avantürist-təhrikçi, 2018-ci ilin iyulunda Gəncə İcra Hakimiyyətinin qarşısında törədilən cinayət hadisəsini körükləyən, ölkənin ilk növbədə milli azlıqlar yaşayan bölgələrində də oxşar əməli törətməyə, yəni yerli icra başçılarına balta ilə, yaba ilə, bellə, əlinə keçən hər nə ilə həmlə etməyə, sonralar isə dünyanın hər yerində Heydər Əliyevin heykəllərinin boynuna kəndir salıb aşırmağa çağıran bu efir diversantı təəssüf ki, artıq Laf Tv-nin efirində çıxış edir. Qurban Məmmədov bu kanalda növbədən kənar Prezident seçkisi elan edir, öz platformasını yayır! Seçki kompaniyasina start verir. Dostlar, çox murdar bir efir oldu! Əlbəttə, Qurban Məmmədov kimi adamlara da sual vermək olar. Amma bu sualları ona və onun kimilərə yalnız müstəntiq verməlidir. Sosial media adına fəaliyyət göstərən, qərəzi peşəkarlıqdan artıq başqa kanallar da var. Meydan Tv, Azad söz-dən danışımıram.

Qanunun əllərinin onlara çatacağına ümidimi itirmirəm. Həm də başqaları var. Reaksiya tv, Xural Tv, Bumeranq tv, kim tv... və sair və ilaxır.. Yox nə ildir, nə axır. Hələ ki axır. Lil su tək. Və bu lil suda balıq tutanlar Azərbaycanın qəhrəman ordusunun imicini gözdən salmaqda həmkarlaşıblar. Hara baxır hüquq-mühafizə orqanları! Axı burda dövlətin əsasları hədəfə alınır. Necə ola bilir ki, hətta axtarışda olan kəslər rahat şəkildə efirə çıxır, heç nəyə görə məsuliyyət daşınmadan təhqir maşını kimi işləyir?! Burda Azərbaycan hüquq-mühafizə orqanlarının ayrı-ayrı əməkdaşlarını elə dəhşətli işgəncələrdə ittiham edirlər ki, ermənilər onları toplayıb hesabat şəklində beynəlxalq qurumlara göndərsələr, Xocalı soyqırımının yerinə əla alternativ mənbə taparlar. Misal gətirirəm: "Mən saxlanıldığım mərtəbədə təxmini 20 otaq var idi. Hamısı da işgəncə otağına çevrilmişdi. Hərbçilərə elə işgəncələr verilirdi ki, onlar əzablı səsindən dayanmaq olmurdu. Plastik qabları əridib üstümüzə tökürdülər, tok verirdilər bədənimizə. Mən o binaya gələnə kimi artıq 3 nəfər işgəncə ilə öldürülmüşdü" Özü də burda müəllif kimi müsəlman dövləti Azərbaycanın adının keçəcəyindən effekt min dəfə artıq olacaq. Bu iftiraları, bu məlumatları tirajlayanların başı haradək çatır? Sanki bir qrup plebey-dərəbəy var ki, Azərbaycanın tarixi qələbəsini, öz ərazi bütövlüyünü bərpa etməsini, Şuşaya bayraq sancmasını, 30 ildir ki dalınca ağlaşma qurduğumuz torpaqlarımızın azad olunmasını bir mövzu olaraq gündəlikdən çıxarmağa çalışır. Kimsə dövlətin ünvanına üfunət püskürür. Bu vaxt vicdanlı istifadəçi öz mövqeyini bildirir və tarixi Qələbəni unutmamağa, zəfərin qədrini bilməyə çağırır. Bu vicdanlı şəxsin ünvanına təhqir pandemiyası göndərilir. Və o həyalı kəs daha danışmağa qorxur. Və belə qorxanlar çoxalmadadır. Niyə? Ona görə ki, təhqirə məruz qalanın yanında kolba və qalstuk ziyalıları gözə dəymir. Bir azdan mən sizə sosial şəbəkələrdə peşəkar təsisatlarla Real Təhlil-İnformasiya Mərkəzinin birgə apardığı araşdırmaların dəhşətli nəticələrini təqdim edəcəm. Özünüz şahidi olacaqsınız ki, sosial şəbəkələrdə ermənilərlə milli satqın azərbaycanlılar necə əl-ələ verib birgə yaşayırlar! Hələliksə başqa bir araşdırmamızın davamına hazır olun! Əvvəlcə onu deyim ki, bu araşdırmada da məqsədimiz Böyük Qayıdış Platformasında vətəndaş vicdanına üz tutmaqdır. Yəni qısası: biz büdcə vəsaitinin izinə düşməli, gizli yollarla ora-bura sızdırılan, axıdılan vəsaiti Qarabağın, işğaldan azad edilmiş ərazilərimizin bərpasına xərcləməliyik. Yəni necə ki icra başçılarının kabinetindən pul bağlamaları aşkar edilərək dövlətə təhvil veriləndə əl çalırıq, bax belə alqışları başqa sahələrdə də üzə çıxardığımız maliyyə çirkablarının təmizlənməsinə əsirgəməməliyik. İndi qayıdaq mətləb üstünə: Ötən görüşümüzdə bəzi vətəndaşlarımızın saxta əlillik vəsiqəsi ilə dövlətdən pul oğurlamasından danışmışdıq. Hətta pasientin həkimə necə hücum çəkməsinin kadrlarını da təqdim etmişdik.

Bu araşdırmada bir məqsədimiz pasientin xuliqanlığını, son zamanlar özünü daha çox Mədəniyyət nazirliyinin əməkdaşları kimi aparan hüquq-mühafizə orqanları əməkdaşlarının nəzərinə çatdırmaq idisə, ikinci niyyətimiz saxta əlillik vəsiqəsi verənlərin cəzalandırılması zərurətini qabartmaq idi. Və başlıca məramımız da budur: ŞƏRƏFLİ QAZİ ADI, MÜQƏDDƏS ŞƏHİD VƏ ŞƏHADƏT İNSTİTUTU UCA TUTULSUN! Bu adlara kimsə ləkə salmasın. İndi sizə təqdim edəcəyimiz müsahibə bir daha təsdiq edir ki, qazilərimizin adından sui-istifadə edənlər var. Məhəmmədəli Hacıyev. Yəqin yaxşı xatırlayırsınız. Müxtəlif skandallarda adı keçən, bir müddət əvvəl özünə od vurub yandırmağa cəhd göstərən, əlil yoldaşları tərəfindən amansızlıqla döyülən bu şəxs xəstəxanada müalicə alır. Biz onunla görüşdük. Düşünürəm ki, hər bir tamaşaçı, xüsusilə hüquq-mühafizə orqanları üçün maraqlı məlumatlar var.

Məhəmmədəli Hacıyevin danışdıqları onun da vəziyyətini yaxşılaşdırır. Mən burda onun tibbi halını nəzərdə tutmuram. Səmimiyyət adamı yüngülləşdirir. Maraqlı və faydalı söhbətimizi davam etdirəcəyik. Məhəmmədəliyə təşəkkür edirəm. Amma eyni zamanda bir daha gerçək qazilərimizin də davranışına diqqətinizi istəyirəm. Bu insanların, fədakar Azərbaycan vətəndaşlarının xidmətlərini heç kim unuda bilməz. 44 günlük vətən müharibəsində onlar bu dövlətin necə uca dəyərə malik olduğunu sübut etdilər. Dövlət isə ilk növbədə qanunlardan ibarətdir. Qanunun üzərinə getmək olmaz. Məsələn, bu qardaşımız Səbayıl İcra hakimiyyətinin binasına daxil olur. İstəyini yerinə yetirmək qanuna görə mümkün deyil. Bu vəziyyət ona izah edilir. Yeri gəlmişkən, İcra Hakimiyyəti əməkdaşları nəzakətlə davranırlar. Və biz əziz qazimizin davranışını adekvat adlandıra bilmərik.

Nə qazimizin adını, nə də tələbini xüsusiləşdirək. Məqsədimiz ayrı-ayrı şəxslərin əməllərini təftiş, tənqdi, təşviqi deyil. Çatdırmaq istədiyimiz mesaj da budur ki, heç kim öz xidmətilə qanundan uca qoya bilməz! Çünki əsas missiya məhz qanunun qorunmasıdır. Qanun burda dünənki döyüş mövqelərində qorunan dəyərin davamıdır. Dövlətdir! Vətəndir! Qazi qardaşlarımız ilk növbədə özləri imkan verməməlidir ki, adları, şərəfli döyüşçü keçmişləri bulaşsın! Elə özləri də bulaşdırmamalıdırlar özlərini. Yeri gəlmişkən, Azərbaycanda şəhid və qazi ailələrinə dövlətin verdiyi xüsusi imtiyazlarla bağlı növbəti görüşlərimizdə də danışacağıq. Məncə, bu mövzunu 1941-45, Böyük Vətən müharibəsi veteranlarının malik olduğu güzəştlər kontekstində təhlil etmək pis olmazdı. Ona görə də gərək ciddi müzakirəyə elə ciddi də hazırlaşaq. Ona görə ki, sosial şəbəkə laykpərvərliyi gerçək vətənpərvərliyini üstələyir. Məsələn hətta həkimə əl qaldıran pasientin də hüquqlarını müdafiə etmək istəyən tapılır. Suallardan biri budur: Görəsən həkim nə deyib ki, pasient ona hücum çəkib. Buyurun, Həmin hadisədə qeydə alınmış mətni təqdim edirəm. Həkim ekspert Leyla Seyidova Bərdə rayon sakini Mustafayev Şamail Hümbət oğluna müayinənin nəticəsini açıqlayır: "Sizdə xəstəlik var, travmanız olub. Ancaq hazırda mövcud vəziyyətiniz sizə əlillik təyinatının aparılmasına əsas vermir. Özünü xəstə hesab edən kəs ayağa qalxır, amma yumruqlarından. Sosial şəbəkə anarxistləri də bu zaman qanunun yox, emosiyanın tərəfinə keçir. Necə ki, bu yaxınlarda həmin şəbəkələrdə kitab oğurlamış iki nəfərin az qala abidəsini ucaltmağa səslənişlər var idi. Həzərat, oğurluq oğurluqdur! Qanun gözündə! Bəsdi, sosial şəbəkələri dövlətin qanuni əsaslarını sarsıltmaq alətinə çevirdiniz! Oğurlamaq olmaz! Əlilə də, veterana da, kitab oğrusuna da! Heç kimə! Darıxdırıcıdır? Mövzu axtarırsınız? Onda sosial şəbəkələrdə Azərbaycanı hədəfə alanlara cavab verin! Artıq neçənci dəfədir ki, Azərbaycan beynəlxalq tədbirlər ərəfəsində hədəfə alan xarici kütləvi informasiya vasitələrinin, bloqerlərin, dili bizdən olan, amma mənəviyatı yabançı tullantıların çıxışlarına reaksiya verin. O boyda müharibədən qalb çıxan, dərhal da böyük bərpa prosesinə start verən, bununla yanaşı nüfuzlu beynəlxalq idman layihələrini qəbul etməyə başlayan, Formula 1-in ardınca da Futbol üzrə Avropa Çempoinatının görüşlərinə ən yüksək standartlara uyğun olaraq ev sahibliyi edən ölkənin karvanına o qədər hürən var ki... Həmişəki, ənənəvi sevməzlərimiz, Azərbaycanın qələbəsini həzm edə bilməyən beynəlxalq mədə bağırsaq sistemi, o cümlədən Azərbaycanlı adını daşıyan, amma məzmunca tam fərqli bir mənsubiyyət şəkilçisi olan Şahin Rzayev. Rusiyaya məxsus Nezavisimaya Qazeta-da Azərbaycanın gerçək uğurlarını şübhə altına almağa hesablanan yazısında bu qələmçik, və ya bu qələmmuncuq əslində Rusiya polis əməkdaşı Qusevin qətlə yetirdiyi soydaşımızdan yazmalıydı. Hətta dərc etdirə bilməsəydi belə, mövqeyini rusdilli milli platformalarımıza çıxarmalıydı. Canı cəhənnəmə, heç olmasa iki jurnalist çağırıb qarşılarında brifinqə bənzər nəsə keçirməliydi. Amma bu adam 44 günlük vətən müharibəsində dilini qarnına qoyub, indi meydana çıxır və Azərbaycanın zəfər imicinə çirkab tolazlayır! Sosial Şəbəkələrdəki həmkarlarımız! Onların üzərinə gedək! Qurban Məmmədova efir tanımaqdansa! Xocalı işgəncələrindən yadınızda qalanları öz ayağımıza yazmaqdansa! Media haqqında yeni qanun ən qısa müddətdə müzakirəyə çıxarılaraq qəbul edilməlidir! Bu Qanun layihəsinin müzakirələri zamanı biz dövlət üçün təhlükəli potensial qara deşikləri də tapmalıyıq. Media agentliyi öz səlahiyyət və məsuliyyətini ən kiçik detalınadək mənimsəməli, hakimiyyətinin gücünü, iqtidarını əxz etməli ənənəvi mətbuat mühitində normal şərait yaratmalıdır. Bu proseslərlə yanaşı sosial medianın fəaliyyət müstəvisinə də dövlət əl gəzdirməlidir. Yotube, vikipedia və facebook Azərbaycan əleyhinə ciddi proseslərin nəzəri-praktiki əsaslarını təşkil edir. Baxın Azərbaycanı dağıdan, vətəndaş müharibəsinə sürükləyən, dövlətin başına küçədən xoşagəlməz bir təsadüf kimi gələn şəxslər özlərinə burda necə də tovuzquşu quyruqları calayır? Ulu Öndər Heydər Əliyev, Bütün zəfərlərimizin banisi İlham Əliyev necə? Onlar hansı ifadələrə qonaq edilir?! Kim nə istəyir əlavə edir! Axı a Çin, Türkiyə, Rusiya yolları var. Türkiyənin öz vikipediyası var artıq. Niyə biz Vikipedia, facebook və youtube-la bağlı tədbirlər görmürük: bu platformalarda normal qayda yaratmaq istəmirik? Axı heç kim ən yeni tarixi çoxdan möhləti çıxmış ənənəvi tədris kitablaından öyrənmir və öyrənməyəcək də. Yeniyetmələr, gənclər tarixi bu platformalardan öyrənir. Adlar qalır, mahiyyət dəyişir. Məsələn bir zamanlar Dilarə Əliyevamız var idi. Müxalifətçi idi, amma azadlıq cəfakeşi idi. Bu yolda da həlak oldu. İndi də müxalifətdə bir Dilarə var. Miriyeva olmalıdı səhv etmirəmsə. Rəhmətlik Dilarə Əliyeva jurnalistlərin sevimlisi idi, ona böyük bacımız kimi baxırdıq. Dilarə Miriyevaya isə bacı demək yaxınlarımızı təhqir olar: buyurun: Minaya düşüb şəhid olmuş həmkarlarımız, Sirac və Məhərrəm haqqında bu adam nə yazır:

"Qarabağda minaya düşərək ölən zurnalistlərə görə dünən AzTv önündə toplaşdılar keçirdilər!"

Bu statusun ardını oxumaq istəmirəm. Çünki antigigiyenikdir. Müəllifin siması tək. Amma bunu yalnız mənmi deməliyəm? Axı şəhadətə qovuşmuş həmkarlaımızın cavab vermək imkanı yoxdur! Hara baxırıq? Özü də görün bizi hardan vururlar? Dövlət mina terrorunu ən yüksək məsuliyyət həddində qaldırır. Ermənistan artıq müqavimət göstərəcək halda deyil. Müharibənin ilk günündən bu saatadək-əvvəl döyüş hərəkətlərinin aktiv cərəyan etdiyi ərazilərə, sonra isə işğaldan azad edilmiş yaşayış məntəqələrimizə, elə təkcə Ağdam rayonuna neçə ölkənin diplomatı ezam edilib?! Bu ezamiyyətlər bir kütləvi informasiya vasitəsinin yaya biləcəyi məlumatlardan dəfələrlə səmərəli olmaqla, Azərbaycan Prezidentinin böyük ustalıqla apardığı informasiya müharibəsinin tərkib hissəsidir. Hər yerdə də prioritet işğaldan azad edilmiş ərazilərimizin indi də minalardan azad edilməsidir. Uşaqlar o minadan şəhid olublar! Dilarə Miriyevanın plebey beyni anlamır ki, danışıqları Kərimli-Koçaryan cinahını ələ verir?! Bədbəxt qadın! Və bu həyan müəllifinin üzərinə getməyən, onu doğulmasına peşiman etməyən teleliberalları da anlamıram! Bu qədər də olmaz axı! İndi isə sosial şəbəkələrin təhlili nəticəsində əldə etdiyimiz nəticələrin təqdimatına keçirəm. Məsələn, Fransada mühacir kimi yaşayan bloger, əslində isə Azərbaycanın bir mənalı düşməni olan Məhəmməd Mirzəli yazır: (Tvitter, 15.04.2021-ci il): Bu fotoda təbliğatın necə nəticə verdiyini açıq şəkildə görürük. Rejim gənc, həssas bir uşağın beynini zəhərləyir, onu "düşmənə" qarşı nifrət və qəzəblə doldurur. Daha sonra isə Əliyev bu uşağı onunla heç bir əlaqəsi olmayan müharibədə döyüşmək üçün istifadə edəcək. Bunun uşağınızın başına gəlməsinə icazə verməyin. 

Bu isə erməni blogerin qeydləridir: Eyni fikirləri bir az fərqli sözlərlə çatdırır: (14.04.2021-ci il): 6 yaşdan kiçik uşaqlar üçün muzeyə giriş pulsuzdur. Bu, sizin üçün normal səslənir? Bu, Azərbaycanda olduqca kiçik yaşdan ermənilərə nifrətin öyrədilməsinə başlanıldığını açıq şəkildə göstərir. 

Milli Şuranın üzvü Tofiq Yaqublu yazır: Şuşanın mərkəzindəki evlər sökülür. Bu, mənəvi terrordur. 29 ildir ki Şuşa həsrəti ilə yaşayan şuşalılara öz evlərini görmək, onun qapısını açmaq, divarlarına toxunmaq, pəncərəsindən şəhərə baxmaq və s. imkanı vermədən bu addımı atmaq əsl vandalizmdir.

Bu isə ermənilərin paylaşımıdır Azərbaycan vandalizmi davam edir: Şuşada Jamaryanın ev-muzeyi dağıdılır. İnfoteka 24 portalına daxil olan kadrlardan işğal edilmiş Şuşada azərbaycan hərbçilərinin vandalizm aktı görünür. Azərbaycana qarşı düşmənçilik əməliyyatına cəlb olunmuş daha iki nəfər. Bunlardan biri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovdur: o yazır: Azərbaycan və Türkiyə rəsmiləri əksini sübuta yetirənə qədər fəal Bayram Məmmədovun qətlində onlardan şübhələnirəm.

Bu isə eyni fikirləri paylaşan erməni bloqerdir: Azərbaycanda və Türkiyədə "ayrı-seçkilik" yoxdur. Türkiyəni və Azərbaycanı tənqid edən, bu hökumətlərin əleyhinə danışan və hərəkət edən hər kəs ya həbs edilir, ya da öldürülür. Fotoşəkildə ölü tapılan azərbaycanlı qurban Bayram Məmmədovu görürsünüz.

Vətəndaş və inkişaf partiyasının rəhbəri Əli Əliyev: "Biz erməni əhalisini Azərbaycan dövlətinin ədalətinə inandırmaq istəyiriksə, ilk növbədə özümüzdən başlamalıyıq, daxilimizdən başlamalıyıq. Biz Arutunyanı necə inandıra bilərik ki, Azərbaycan demokratik dövlətdir?

Bu isə David Babayandır: "Bu gün Azərbaycanda demokratiya klinik ölüm keçirir. Dağlıq Qarabağ nizamlanmasında başlıca tormoz məhz bu olacaq!

Məncə bu təhlil axşamı üçün bəsdir. Sözümün canı budur ki, siyasi narazılığı artıq anti dövlət platformasına çevirənlər ermənilərlə antiazərbaycan düşərgəsində birləşiblər. Siyasi eybəcərliyin daşıyıcıları, yalnız təhqir və söyüş elektratına güvənən tərbiyəsizlik korpusu, üfunətli qaragüruh idbarları Koçaryan-Kərimli cinahı daha öz niyyətini gizlətməyi vacib də hesab etmir. Özü də ona görə yox ki, məsələn Cəmil Həsənli bığının qıraqlarını qaydaya sala bilmir. Ya da Əli Kərimli. Adam prezident Əliyevə delimitasiya mövzusunda natasiya oxumağa həvəs göstərir, amma bu sözü tələffüz belə edə bilmir. Elə "demilitasiya!" deyib durur!

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.