Tələbələr Türkiyə və Azərbaycan arasında təsdiq edilən yeni protokoldan necə yararlanacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol" təsdiq edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, protokol hər iki ölkədən olan tələbələr üçün yeni imkanlar açır.
Belə ki, protokolda Azərbaycan Respublikasında olan iki peşə təhsili verən müəssisənin bazasında Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisəsinin yaradılması və peşə hazırlığının həyata keçirilməsi nəzərdə tutulur.
Ən müasir tələblərə uyğun yenidən qurulacaq bu peşə təhsili müəssisələrində peşə təhsili veriləcək sahələr informasiya texnologiyaları, qalma və səyahət xidmətləri, mebel və interyer dizayn, moda dizayn texnologiyaları, qida və içki xidmətləri sahələridir. Göründüyü kimi ən çox ehtiyac duyulan sahələr üzrə mütəxəssis hazırlığı nəzərdə tutulur. Tərəflərin razılığı ilə bu sahələrdə dəyişikliklər edilə bilər.
15 maddədən ibarət Protokolda peşə təhsili müəssisəsinə qəbul, peşə təhsili müəssisəsinin hüquqi statusu, təhsil sənədləri, kadr heyəti, tərəflərin öhdəlikləri və digər məsələlər öz əksini tapıbdır. Protokol 5 il müddətinə bağlanıb və tərəflərdən biri bu Protokolun müddətinin bitməsinə ən azı 6 ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsi ilə yazılı bildiriş göndərmədiyi halda, avtomatik növbəti 5 illik müddətə uzadılır.
Sənədə görə, peşə təhsili müəssisələrində təhsilini başa vuran tələbələrə Azərbyacan Respublikasının və Türkiyə Respublikasının milli qanunvericiklərinə uyğun olaraq iki diplom veriləcəkdir. Tərəflər bu peşə təhsili müəssisələri tərəfindən verilən diplom, transkript, sertifikat və digər sənədləri qarşılıqlı olaraq tanıyacaqlar. Başqa sözlə, verilən diplomlar əlavə tanınma prosedurunun təsiri altına düşmür və məzunlar hər iki ölkədə peşə fəaliyyəti ilə məşğul olmaq üçün sərbəst olaraq əmək bazarına daxil ola biləcəklər. Bu, olduqca mütərəqqi bir addımdır və gələcəkdə ortaq diplomların da verilməsinə üçün imkanlar yaradır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi
-
DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin
XƏBƏR LENTİ
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi
-
DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin
-
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırıldı
-
Azərbaycan nefti bahalaşdı
-
Bakıda restoranda yanğın olub
-
Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)
-
Qızılca sürətlə yayılır: Nyu-Yorkda fövqəladə vəziyyət
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Dünya bazarında neft bahalaşdı
-
Bakıda ev və torpaqlar bahalaşdı - Ən çox qiymət hansı rayonda artıb?
-
Paytaxtın 19 küçəsində tıxac var
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu
-
Əl yumaq üçün hansı sabun daha yaxşıdır?





