Şəhid ailəsinin üzvü iş təkliflərini bəyənməyib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə şəhid ailəsinin üzvü Cəlal Behbudovun işsizlikdən şikayəti, iş araması ilə bağlı məlumatlar yer alıb.
Biləsuvar sakini C.Behbudov rayonda iş tapa bilmədiyini, işsiz qaldığıın söləyib.
Gerçəkdənmi, rayonda Cəlala iş yoxdur?
Yazıçı-jurnalist Azər Qismət olayı araşdırıb və Facebook profilində araşdırmasının nəticəsini paylaşıb.
A.Qiymətin paylaşımını təqdim edirik:
"Şəhid ailəsinin üzvü Behbudov Cəlal Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı bir işlə təmin olunmadığından şikayət edir. Jurnalistika peşəsinin bir işi yaxşıdır ki, bu adla zəng edib maraqlanmaq olur.
Bu gün Biləsuvar rayon icra hakimiyyətinə zəng etdim ki, doğrudanmı bir şəhid ailəsinin üzvünü işlə təmin etmək çox çətindir? Bildirdilər ki, "Azər müəllim, biz onu 4 dəfə qəbul etmişik. Əvvəlki görüşlərdə bildirdik ki, rayon ərazisindəki idarə və müəssisələrdə fəhlə işi yoxdur". Sual verdim ki, doğrudanmı bir fəhlə işi yoxdur işlə təmin edəsiz? Məlumat verdilər ki, pandemiya ilə əlaqədar əksər müəssisənin işində passivlik müşahidə edilir. Lakin aprelin 23-də icra başçısı tərəfindən onlayn qaydada qəbul edilib və yenidən işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib. Ona Biləsuvar şəhərinin Heydər Əliyev küçəsində yerləşən çörək və şirniyyat bişirmə müəssisəsində 300-350 manatlıq fəhlə işi təklif etdik, razılaşmadı. Sonra rayonumuzun ərazisindəki "Azərsun" şirkətinə müraciət etdik ki, şəhid ailəsinin üzvünə kömək etsin. Oradan dedilər ki, ona dair iş var. Mövsümi iş və Biləsuvar rayonu Bəhrəmtəpə magistral avtomobil yolunun Nəsimi kəndinin ərazisində yerləşən heyvandarlıq fermasında malabaxan işi, maaşı da 450 manat. Lakin şəhid ailəsinin üzvü yenə imtina edib. Bildirib ki, sizdən yuxarılara şikayət edəcəyəm".
Ola bilər ki, insan özünə ayıb bilib malabaxan işinə görə. Amma rayon yerində 450 manatlıq işdən imtina etmək də yaxşı hal deyil. İş işdir, nə pisi, nə yaxşısı. Əgər diplom olsaydı, daha yuxarı məvacibli işlə təmin etmək olardı. Orta məktəb təhsili ilə gərək imtina etməzdi. Allah hamıya kömək olsun. Allah bütün şəhidlərimizə rəhmət etsin".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artdı
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
XƏBƏR LENTİ
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Paşinyan mükafat almaq üçün Almaniyaya getdi
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artdı
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi





