Cəmiyyət

Şirvanda AĞIR QƏZA: Bir ailənin 3 üzvü...

5 İyun 2021 23:53
Baxış: 1 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şirvanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, iki minik maşınının toqquşması nəticəsində bir ailənin üç üzvü - Şirvan şəhər sakinləri; 1979-cu il təvəllüdlü Abdullayev Natiq Arif oğlu, onun həyat yoldaşı, 1979-cu il təvəllüdlü Abdullayeva Məlahət Ənvər qızı, habelə N.Abdullayevin oğlu, 2010-cu il təvəllüdlü Abdullayev Nihat Natiq oğlu müxtəlif xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.