Cəmiyyət

87 yaşlı Səkinə nənə sığınacağa yerləşdirildi - FOTO

3 İyun 2021 22:08
Baxış: 2 528
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə və mediada tövlədə boğazından kəndirlə taxtaya bağlanmış vəziyyətdə videosu yayılan Gədəbəy rayonu Novoivanovka kənd sakini, 87 yaşlı Səkinə Həsənovanı dövlət öz himayəsinə götürüb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat verib.

"Səkinə nənə əmin əllərdədir. O, artıq Sosial Xidmətlər Agentliyinin müəssisələrindən birisinin sakinidir", - o qeyd edib.

Xatırladaq ki, mayın 31-də günorta saatlarında rayon sakini 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 ildir ki, himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı, 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib.

Bu gün fakta görə Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.