Cəmiyyət

Bütün ailəsini Xocalıda itirən Baloğlan dayı vəfat etdi

3 İyun 2021 22:04
Baxış: 2 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xocalıda bütün ailəsini itirən Baloğlan Allahyarov 80 yaşında vəfat edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə məlumat verib.

B.Allahyarov Xocalının işğalından sonra Mingəçevirdə yaşayıb.

Qeyd edək ki, Xocalı soyqırımında onun hərbçi olan oğlu öldürülüb. O, oğlunun nəşini belə ala bilməyib.

Gəlini amansızlıqla qətlə yetirilən Xocalı sakini bir həftə sonra onun meyitini ala bilib. B.Allahyarov həyat yoldaşını da Xocalıda düşmən gülləsindən itirib.

O, Mingəçevirə gəldikdən sonra Şəkidən övladlığa uşaq götürərək, onunla yenidən həyata bağlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.