Cəmiyyət

Məhsul bol, qiymət ucuz, amma alıcısı yoxdur - VİDEO

31 May 2021 11:59
Baxış: 1 028
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bərdə rayonunda soğan yığımı aparılır. Məhsul yığılaraq kisələrə doldurulur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu il məhsul bol olduğundan qiymətlər də xeyli aşağıdır.

Amma məhsulun ucuz olması təsərrüfat sahiblərinin qane etmir. Onların sözlərinə görə, hazırkı qiymət il boyu çəkdikləri əziyyətə dəymir.

Soğanın qiyməti aşağı olsa da, alıcılıq qabiliyyəti zəifdir.

Təsərrüfat sahiblərinin sözlərinə görə, yanvar-fevral aylarında xarici ölkələrdən ölkəmizə xeyli soğan idxal edilib. Nəticədə bazarda bolluq yaranıb. Üstəlik, yığımın eyni vaxtda aparılması bazara çıxarılan məhsulun həcmini dəfələrlə artırıb. Bu isə qiymətə təsir göstərib.

Kəndlilər vurğulayırlar ki, hazırda yığımı aparılan yazlıq soğanın qalma müddəti çox azdır. Bu səbəbdən də məhsulun ən qısa zamanda satışı həyata keçirilməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.