Cəmiyyət

Bakının Binəqədi rayonunda yoluxma nə üçün çoxdur? - RƏSMİ AÇIQLAMA

28 May 2021 13:38
Baxış: 1 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda bu günə qədər 333 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 322 806 nəfər müalicə olunaraq sağalıb, 4 891 nəfər isə vəfat edib.

Ölkəmizdə koronavirusa yoluxma hallarının 54,2 faizi paytaxt Bakının payına düşür. Bundan əlavə, həmin göstərici Aran rayonlarında 12, Abşeron rayonunda 13, Gəncə-Qazax bölgəsində 7,2, Şəki-Zaqatalada 4,1, Quba-Xaçmazda 3,1, Lənkəranda 2,4, Dağlıq Şirvanda 2,3, Yuxarı Qarabağda 1,4, Naxçıvan Muxtar Respublikasında 0,08 faiz təşkil edir.

Bakının rayonları üzrə koronavirusa ən yüksək yoluxma Binəqədi rayonundadır. Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 13.4 faiz, Yasamalda 12.2 faiz, Sabunçuda 11.2 faiz təşkil edib.

Rayonlar arasında daha çox yoluxmanın Binəqədidə qeydə alınması müzakirə olunan məsələlərdəndir. Həm rayon sakinləri, həm də digərlərini düşündürür ki, həmin rayonda yoluxma sayının bu qədər çox olmasının səbəbi nədir?

Milli.Az baku.ws-ə istinadən bildirir ki, sualı cavablandıran Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib ki, bunun səbəbi digər rayonlarda olduğu kimi bu rayonda da əhalinin çox olmasıdır: "Əhali çoxdursa, müraciət edənlərin, şübhəli xəstələrin sayı nisbətən çox olur. Ona görə bu rayonda xəstəlik daha çox qeydə alınır.

Binəqədidən sonra xəstəlik nisbətən az faizlə Xətai rayonunda müşahidə olunur. Yoluxma sayının çoxluğuna görə üçüncü yerdə isə Yasamal rayonudur. Qeyd etmək lazımdır ki, may ayının əvvəlindən bu günə qədər ölkə üzrə xəstəliyin səviyyəsi aşağı enib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.