Cəmiyyət

"İsrail 44 günlük müharibədə bizə 12 xal verib, bu bəsdir"

23 May 2021 13:47
Baxış: 3 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baxıram ki, sosial şəbəkələrdə İsrailin bizə 2 xal verməsi narazılıqla qarşılanıb. İsrail 44 günlük müharibədə bizə 12 xal verib. Bu bizə bəsdir.

Milli.Az xəbər verir ki, bu sözləri millət vəkili, yazıçı Aqil Abbas moderator.az-a açıqlamasında "Avroviziya"dakı səsvermə nəticələrinə münasibət bildirərkən deyib.

O, 44 günlük müharibənin nəticəsinin Avropadakı ermənipərəstləri "qane etmədiyi" üçün o yeri tutduğumuzu bildirib.

Qeyd edək ki, Azərbaycan təmsilşisi Samirə Əfəndi 65 xal toplayaraq 20-ci yer tutub. Bu il Azərbaycan ifaçısına heç bir ölkə 12 xal verməyib. 39 ölkədən yalnız 9-dan Azərbaycana xal gəlib. Azərbaycana verilən 32 bal münsif xalı belədir: Rusiya - 8, Moldova - 6, Gürcüstan - 5, Ukrayna - 3, İsrail - 2, Albaniya -2, İrlandiya - 2, İsveçrə - 2, Niderland - 2.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.