Cəmiyyət

Kəndlərdə su qıtlığı problemi yaşanır - VİDEO

20 May 2021 14:36
Baxış: 1 096
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Havaların istiləşməsi və sahələrdə suvarmaya tələbatın artdığı bu vaxtlarda bəzi rayonlarda su qıtlığı yaşanır. Saatlının Mircəlal, Orta Muğan, Nabat və Smada kəndləri, Göyçayın isə İnçə kəndində su azlığı müşahidə edilir. Aidiyyatı qurumlar problemə səbəb kimi  çaylarda sululuğun az olmasını göstərirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Saatlı rayonunun bir neçə kəndində sakinlər suvarma ilə bağlı çətinliklə üzləşiblər.

Rayonun Orta Muğan kənd sakinləri deyirlər ki, bir müddətdir ki, əkin sahələrini suvara bilmirlər. İçməli su ilə təchizatda da problemlər var. Havaların isinməsi ilə suya təlabat artsa da, sözügedən kənddə qıtlıq yaşanır.

Su çatışmazlığı rayonun Mircəlal, Nabat və Smada kəndlərində də mövcuddur. Məsələ ilə bağlı Saatlı Suvarma Sistemləri idarəsindən bildirilib ki, problemin əsas səbəbi Araz çayında suyun illik  normadan aşağı olmasıdır.

Bənzər problem Göyçayın İnçə kəndində də yaşanır. Sakinlərin sözlərinə görə su azlığına görə əkin sahələrini suvara bilmirlər. Bu isə məhsuldarlığa ciddi ziyan vurur.

Göyçay Suvarma Sistemləri idarəsinin baş mühəndisi Lətif Əliyev məsələyə aydınlıq gətirib.

Qeyd edək ki, sözügedən rayonda əsas su mənbələri Yuxarı Şirvan kanalı, Göyçay çayı və Yekəxana su anbarıdır..Qarşıdakı dövrdə suyun nəzərdə tutulmuş qrafiklə verilməsi davam etdiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.