Cəmiyyət

Qarabağda hər an əməliyyat başlaya bilər - General

16 May 2021 18:14
Baxış: 2 501
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Ordusu bu gündən genişmiqyaslı təlimlərə başlayır. 15 minlik şəxsi heyətin, 300 tankın cəlb olunduğu təlimlər Ali Baş Komandanın təsdiq etdiyi plana əsasən gerçəkləşir.

Milli.Az xəbər verir ki, Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov publika.az-a açıqlamasında budəfəki təlimlərin sıradan bir təlim olmadığını bildirib.

"Birincisi, Azərbaycan Qarabağ torpaqlarının xeyli hissəsini işğaldan azad edib. Bununla əlaqədar yeni tapşırıqlar meydana gəlib. Ordu tərəfindən dövlət sərhəddinin himayəsi həyata keçirilməlidir. İkincisi, yeni texnikalar alınıb. Onlar təlimlərdə tətbiq olunmalıdır. Əsasən pilotsuz uçuş aparatlarının tətbiqi və ordu ilə onların qarşılıqlı əlaqələrinin tətbiq edilməsi vacibdir. Təlim keçirməyəndə bu problemlər açıq qalır. Bu problemlərin açıq qalmaması üçün bir neçə üsullarla təlimlər keçirilir. Yeni üsullar araşdırılır. Bütün bunlar yeni əmələ gələn tapşırıqlardır. Yeni anlayışların tətbiqi üçün həyata keçirilən təlimlərdir".

Ehtiyatda olan general "Qarabağ cəbhəsində anti-terror əməliyyatları keçirilə bilərmi" - sualı ilə bağlı fikirlərini də bölüşüb:

"Sözsüz ki, Qarabağ cəbhəsində hər an anti-terror əməliyyatları ola bilər. Çünki Qarabağ ərazilərində ermənilərin bəzi bölmələri hələ də qalır. Ərazinin tam nəzarətə götürülməsi və Zəngəzur dəhlizinin Azərbaycan tərəfindən nəzarətə götürüb orada kommunikasiyaların açılmasını təmin etmək üçün orada da əməliyyat keçirilə bilər. Əgər onlar kaputilyasiya aktının tələblərini yerinə yetirməsələr, Qarabağ ərazisində də anti-terror əməliyyatlarının keçirilməsi mümkündür".

Qeyd edək ki, mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.