Cəmiyyət

Mətbuat prospektində avtomobillərin hərəkətində sıxlıq var - SƏBƏB - FOTO

13 May 2021 12:25
Baxış: 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərinin Yasamal rayonunun Mətbuat prospektində Məmməd Rahim küçəsi ilə kəsişmədən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməyədək olan hissədə təmir işləri aparılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilir ki, bu səbəbdən də Mətbuat prospektində Məmməd Rahim küçəsi ilə kəsişmədən A.Şərifzadə küçəsi ilə kəsişməyə qədər məhdudiyyət qoyulub və həmin hissədə nəqliyyat müvəqqəti olaraq yolun əks hərəkət olan hissəsinə yönləndirilir.

Qeyd edək ki, aparılan təmir işləri Mətbuat prospektində və A.Şərifzadə küçəsində həmin hissədə sıxlığa səbəb olur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.