Cəmiyyət

Bakıda 5 yaşlı uşaq oğurlanıb - ƏLAVƏ OLUNUB

29 Aprel 2010 13:01
Baxış: 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Binəqədi rayonu ərazisində azyaşlı qız uşağı oğurlanıb. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Xocahəsən qəsəbə sakini Xəqani Nuriyev polisə şikayət ərizəsi ilə müraciət edərək 5 yaşlı qızı Solmaz Nuriyevanın oğurlanması barədə məlumat verib. O bildirib ki, qızı aprelin 22-dən yaşadığı Ruslan Allahverdiyev küçəsində yerləşən evdən çıxıb, o vaxtdan bir daha geri qayıtmayıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Hazırda azyaşlının tapılması istiqamətində axtarış tədbirləri aparılır.

--------------------

Binəqədi rayon Polis İdarəsindən Milli.Az xəbər portalına bildirildi ki, oğurlanmış uşaq lal-kardır. Uşağın yerini deyən şəxsə yüksək məbləğdə mükafat veriləcək.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.