Bakıda 5 yaşlı uşaq oğurlanıb - ƏLAVƏ OLUNUB
29 Aprel 2010 13:01
Bakının Binəqədi rayonu ərazisində azyaşlı qız uşağı oğurlanıb. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Xocahəsən qəsəbə sakini Xəqani Nuriyev polisə şikayət ərizəsi ilə müraciət edərək 5 yaşlı qızı Solmaz Nuriyevanın oğurlanması barədə məlumat verib. O bildirib ki, qızı aprelin 22-dən yaşadığı Ruslan Allahverdiyev küçəsində yerləşən evdən çıxıb, o vaxtdan bir daha geri qayıtmayıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Hazırda azyaşlının tapılması istiqamətində axtarış tədbirləri aparılır.
--------------------
Binəqədi rayon Polis İdarəsindən Milli.Az xəbər portalına bildirildi
ki, oğurlanmış uşaq lal-kardır. Uşağın yerini deyən şəxsə yüksək
məbləğdə mükafat veriləcək.
Anar Məmmədov
Milli.Az